Azərbaycan prezidenti İlham Əliyev əmindir ki, Azərbaycan-Türkiyə tərəfdaşlığı Ankara və Bakının hərtərəfli inkişafına imkan yaradır.
Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə həmkarı Rəcəb Tayyip Ərdoğanı təbrik edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat verir.
“Əminəm ki, müttəfiqliyimiz, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin hərtərəfli inkişafına töhfələr verəcək”, - prezidentin saytında dərc olunan təbrik məktubunda deyilir.
Əliyev məktubda qeyd edib ki, “bu gün qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır”.
“Əldə etdiyi nailiyyətlər (Türkiyənin - İF) onu dünyanın iqtisadi cəhətdən qüdrətli və ən qabaqcıl ölkələri sırasına çıxarmışdır. Türkiyə, həmçinin öz dövlətçilik mənafelərindən çıxış edərək dünyada və regionda cərəyan edən proseslərdə ədalətli və qətiyyətli mövqe nümayiş etdirir”, - Əliyev bildirir.
Prezident türkiyəli həmkarına möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət