Azərbaycan bazarı xarici investorlar üçün çox etibarlı bazardır. Bunu Azərbycanın xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
“Bəlkə də Azərbaycan Aİ üçün böyük bir bazar deyil. Lakin xarici investorlarla müqavilələri milli qanun statusuna qaldıran məhz iqtisadiyyat və bazardır. İnvestorlar Azərbaycandakı öz kapitallarından və işlərindən rahatdırlar”, - Məmmədyarov çərşənbə axşamı Stokholmda "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında bildirib.
Onun sözlərinə görə, Azərbaycanı Avrasiyanın xəritəsinə bir logistika mərkəzi kimi daxil etmək üçün yeni dövrdə analoji üsullar tətbiq olunacaq.
“Aİ-də və ya Şərq Tərəfdaşlığı bölgəsində başqa harada xarici investor gəlib 30-40 il eyni liberal maliyyə / investisiya rejimindən faydalana bilər? Bu olduqca uzun müddətdir. Bu böyük bir öhdəlikdir. Həm də siyasi iradə tələb edir. Sabitlik vacibdir. Hamı qazana bilər. Azərbaycan investorlara dost ölkədir”, - XİN başçısı qeyd edib.
Eyni zamanda, Məmmədyarov vurğulayıb ki, Aİ Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşıdır.
O qeyd edib ki, prezident Donald Tusk Azərbaycana son səfərində təsdiqlədi ki, Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün böyük addımlar atıb.
“Azərbaycan nəinki Cənub Qaz Dəhlizinin təminatçısı, həm də Avropa ilə Asiyanın müxtəlif hissələri arasında bir neçə ticarət dəhlizini təşviq edən ölkədir”, - Məmmədyarov bildirib.
Həmçinin, XİN başçısı məlumat verib kii, Azəraycanın əsas prioritetləri qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, turizm, KOS inkişafı, logistika, yüksək texnologiya və kənd təsərrüfatına daha çox investisiya qoymaqdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət