“AccessBank” 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Bu sözləri bankın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina deyib.
“Biznes planla müqayisə aparsaq, bizim əməliyyat göstəricilərimiz proqnozlaşdırdığımız rəqəmlərdən xeyli yüksəkdir. Belə ki, depozit portfelinin həcmi planlaşdırıldığından 133 milyon manat, kredit portfeli isə 35 milyon manat çoxdur. Sırf maliyyə indikatorlarına nəzər salsaq və onları ötən ilin müvafiq dövrü ilə qarşılaşdırsaq görərik ki, faiz gəlirlərimiz 50% artaraq proqnozlaşdırılan rəqəmləri üstələyib. Ehtiyatın yaradılması üçün ayırmalara qədər əməliyyat mənfəəti ötən ilin göstəricisindən 2 dəfə çoxdur ki, bu da planlarımıza uyğundur. Buna əsaslanaraq deyə bilərəm ki, bankın əməliyyat fəaliyyətinin effektivliyi bizim gözlənti və planlarımıza uyğundur”, - deyə o, bankın mətbyar xidmətinə verdiyi müsahibədə bildirib.
Y.Qaşikulinanın sözlərinə görə, bank 9 ayın yekunlarını zərərlə (90,5 mln. manat - İF) başa vurub.
“Heç kəs üçün sirr deyil ki, manatın devalvasiyası digər banklar kimi “AccessBank”a da ciddi təsir etdi. Zərər də məhz bunun nəticəsində formalaşdı. Bankın müştərilərinin əksəriyyəti kiçik, orta və iri sahibkar və ya başqa sözlə, krediti dollarla götürənlər idi. Şübhəsiz ki, devalvasiyadan sonra onların bir çoxu kreditlərinin ödənişi zamanı çətinliklə üzləşdi. Müvafiq olaraq, bank kreditlər üzrə potensial itkilərlə bağlı ehtiyat yaratmaq məcburiyyətində idi və söhbət ciddi məbləğdən gedirdi. Həmin dövrdə bankda mövcud olan kapitalın hesabına bunu etmək real deyildi. Buna görə, beynəlxalq maliyyə institutlarından ibarət AccessBank-ın cari kreditorları öz kreditlərini kapitala konvertasiya etmək barədə qərar qəbul etdilər və bunun nəticəsində bankın nizamnamə kapitalı 120 milyon manat artdı. Bu qərar sayəsində kreditlər üzrə zəruri ehtiyatlar yaradıldı. Söhbət təxminən 90 milyon manatdan gedirdi və bu məbləğ bankın hesabatında fevral-aprel ayları ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlarda göstərildi. Məntiqlidir ki, 2019-cu il ərzində bank bu zərəri bağlaya bilməyəcək və prinsipcə, bu, bizim planlarımıza daxil olan məsələdir. Biznes plana əsasən, kapitallaşmanın baş tutduğu il ərzində bankın zərəri təxminən 100 milyon manat təşkil edəcək. Təkrar edim ki, maliyyə nəticələrinə təsir göstərən əsas amil kreditlər üzrə ehtiyatların yaradılmasıdır və inanırıq ki, həmin kreditlərin qaytarılması hesabına ehtiyatların həcmi də azalacaq. Biz həmin müştərilərlə aktiv və konstruktiv şəkildə işləyirik, borclar qaytarılır. Uzunmüddətli perspektivdə həmin vəsaitlər banka gəlir formasında geri dönəcək, lakin bu bir qədər zaman tələb edən prosesdir. Əlavə olaraq qeyd etmək istərdim ki, zəruri ehtiyatlar yaradıldığı üçün gələcəkdə kapitalımız üçün heç bir təhlükə yoxdur. “AccessBank” 2020-ci ildə birmənalı şəkildə mənfəətə çıxacaq”, - deyə birinci müavin əlavə edib.
Onun sözlərinə görə, bankın bu dərəcədə ciddi kapitallaşması qərarı həqiqətən səhmdarlar üçün heç də asan deyildi. “Lakin proqnozlar özünü doğruldur və buna bir neçə amil təsir edir. Birincisi, biznes aktiv şəkildə inkişaf edir. Etiraf edim ki, bu proses hətta proqnozlaşdırdığımızdan da sürətlə gedir. Digər tərəfdən, banka etimad günbəgün artır. Biz 2020-ci ilə böyük optimizmlə baxırıq. Bunun üçün 2019-cu il ərzində yaxşı fundament qurulub. Mən biznesin, risk menecmentin yenidən təşkil olunması, müştərilərə xidmət prosesinin və prosedurunun asanlaşdırılması, "back office" əməliyyatlarının mərkəzləşdirilməsi və digər bu kimi amilləri nəzərdə tuturam. Səhmdarlarımız sayəsində biz ilkin mərhələdə gəlirli olmayan, lakin 2020-2021-ci illərdə gəlir gətirəcək layihələrin həyata keçirilməsinə start verdik”, - deyə Y.Qaşikulina vurğulayıb.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin 6 aparıcı bankından biridir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət