1999-2019-cu illərdə Dövlət Neft Fonduna daxilolmaların həcmi $158,4 milyard təşkil edib. Bu barədə Fondun məlumatında deyilir.
“1999-cu il dekabr ayında Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 mlrd. dollar həcmində vəsait daxil olmuşdur ki, bunun da 151,5 mlrd. dolları neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 mlrd. dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir”, - ARDNF-in yaradılmasının 20 ili münasibətilə məlumatda qeyd olunur.
Məlumata görə, bu dövr ərzində 271 mln. ABŞ dolları həcmində aktivləri olan Fondun vəsaitləri 2019-cu ildə 40 mlrd. dolları keçib.
“Fəaliyyət göstərdiyi dövr ərzində Fond tərəfindən Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi şəratinin yaşılaşdırılması üzrə layihələrin icrası, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, "Star" neft emalı kompleksi, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi ümumilikdə 9,4 milyard dollar həcmində vəsait sərf edilib”, - məlumatda vurğulanır.
Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”dır. “Bu proqram çərçivəsində 3500-ə qədər gənc dünyanın 32 ölkəsində olan ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib ki”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2019-cu il sentyabrın sonuna olan vəziyyətə görə, ARDNF-in aktivləri $42 mlrd. 524,43 mln. təşkil edib. Bu dövrdə ARDNF-in investisiya portfeli $42 mlrd. 524,3 mln.-a bərabərdir.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb.
Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət