Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynaya bilər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya, münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir”, - Məmmədyarov Azərbaycanın kütləvi informasiya vasitələrinə müsahibəsində bəyan edib.
Həmçinin XİN başçısı RF ilə ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib. “Məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir. Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf etmişdir. Sözsüz ki, sualınızda bəhs etdiyiniz yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoq həlledici rol oynamaqda davam edir. Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır”, - nazir bildirib.
Məmmədyarov vurğulayıb ki, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı “məqsədyönlü və proqram xarakteri daşıyır”. İlkin hesablamalara görə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq.
“2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub. Bu, çox mühüm bir göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər. Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik. Ümid edirəm ki, çox faydalı hesab etdiyim xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcək”, - Məmmədyarov qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan “gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıdır”. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət