Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması SOCAR şirkətinin (ARDNŞ) əməliyyatlarına məhdud təsir göstərəcək. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“SOCAR-ın əməliyyatlarına nəzər salanda görürük ki, bilavasitə SOCAR-ın operatorluğu ilə işlənən yataqlardan hasil edilən neft əsasən ölkə daxilində istifadə olunur. Belə ki, SOCAR-ın öz imkanları ilə hasil etdiyi neftin böyük hissəsi ölkə daxilində emal olunur və məhz daxili bazarda satılır. Ölkədən kənardakı aktivlərimizə gəlincə isə, orada neft emalı, neft-kimya və son istehlakçılara satış kimi biznes sahələri üstünlük təşkil edir. Məhz bu səbəbdən dünya bazarlarında neftin qiymətinin azalması özü-özlüyündə şirkətin əməliyyatlarına məhdud təsir göstərir”, - Əhmədov bəyan edib.
Lakin onun sözlərinə görə, neftin qiyməti və şirkətin əməliyyatları arasında dolayısı ilə əlaqə var. “Bu əlaqə, şirkətin sahibi olan dövlətdən keçir. Belə ki, ölkədə xam neft hasilatının əsas hissəsi beynəlxalq şirkətlər konsorsiumları tərəfindən həyata keçirilir. Məhz bu neft, yəni beynəlxalq konsorsiumların Azərbaycanda hasil etdiyi neft birbaşa ixrac olunur və ölkənin əsas ixrac mənfəətini təşkil edir. Neft bazararındakı vəziyyətə görə dövlət öz makroiqtisadi çərçivələrini də müəyyən edir, dəyişən konyukturaya reaksiya verərək, daxili bazarı tənzimləyir. Daxili bazar isə SOCAR-ın öz istehsalı olan məhsullarının əsas hədəf bazarıdır”, - Əhmədov qeyd edib.
Onun sözlərinə görə, həmçinin dövlət Azərbaycanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edən çox sayda neft və qaz işlənməsi layihələrini maliyyələşdirir.
“Beləliklə, həm SOCAR-ın sərmayə qoyuluşları, həm də daxili bazardakı satışlardan əldə edilən marja bilavasitə dövlətin iqtisadi siyasəti ilə əlaqəlidir”, - Əhmədov əlavə edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət