2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda banklar biznes kredit üzrə portfeli artırıb, istehlak kreditləri üzrə portfeli azaldıb.
AMB-nin məlumatına görə, 2020-ci il aprelin 30-na bankların kredit portfeli 14 milyard 742,2 milyon manat həcmində qiymətləndirilir (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 1,1%).
Həmçinin,cari ilin yanvar-aprel aylarında banklar biznes kreditlər üzrə portefli 0,6% - 9 milyard 86,2 milyon manatadək və ya bankların bütün krdeit portfelinin 61,6%-i artırıb.
Dörd ay ərzində banklar istehlak kreditləşməsi üzrə portfeli 6,4% - 3 milyard 813,6 milyon manatadək azaldıb, xüsusi çəkisi – 25,9% təşkil edib. Həmçinin, apreldə banklar istehlak kreditləşmə üzrə portfeli 183,9 milyon manat azaldıb.
2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 2,7% - 1 milyard 842,4 milyon manatadək və ya bankların bütün kredit portfelinin 12,5%-dək artırıb. Həmçinin, aprel ayında verilən ipoteka kreditlərinin portfeli 27,1 milyon manat azalıb.
2020-ci il aprelin 30-na Azərbaycanda 28 bank fəaliyyət lisenziyasına malik olub.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın social-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib ki, iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazıdır. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - Əliyev deyib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət