2020-ci ilin I yarısında "Rabitəbank” aktivlərini 25,1% - 926,089 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
I yarımilliyin sonuna istehlak kreditlərinin həcmi 94,325 milyon manat (azalma 7,1%), biznes kreditlərinin həcmi 222,195 milyon manat (artım 7,5%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 828,326 milyon manata (artım 29,7%) bərabərdir.
İyunun sonuna bankda depozitlər 657,836 milyon manat (artım 31,3%), o cümlədən fiziki şəxslərin əmanətləri 226,171 milyon manat (azalma 3,2%) təşkil edib.
2020-ci il iyulun əvvəlinə bankın kapitalı 97,762 milyon manata (azalma 3,6%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 774 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma 63,3%) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət