2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 4 milyard 919,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 2 milyard 450,9 milyon manat məbləğində heyvandarlıq, 2 milyard 468,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 0,7% artıb.
Cari ilin 7 ayı ərzində respublikada 298,4 min ton ət (artım 3,1%), 1 milyon 242 min ton süd (artım 1,9%), 1 milyon 169,6 milyon ədəd yumurta (artım 7%), 15 min ton yun (artım 0,5%) və 446,6 ton barama (azalma 30,6%) istehsal edilib.
Həmçinin, yanvar-iyun ayları ərzində süni mayalanma üsulu ilə 58,5 min baş iribuynuzlu mal-qara olub (artım11,9%).
Avqustun 1-nə Azərbaycanda 2 milyon 894,2 min ton taxıl və paxlalı bitkilər (azalma 10,1%), 1 milyon 75,1 min ton tərəvəz (artım 6,3%), 611,7 min ton kartof (artım 6,1%), 363,2 min ton bostan bitkiləri (artım 3,8%), 263,5 min ton meyvə və giləmeyvə (artım 8%), 7,5 min üzüm (artım 32,1%), 2,5 min ton tütün (artım 5,8%), 603 ton yaşıl çay (artım 26,7%), 2,5 min ton günəbaxan (artım 12,6%), 15,3 min ton şəkər çuğunduru (artım təxminən 3 dəfə) yığılıb.
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkini davam edir.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət