Qarabağda atəşkəs Ermənistanın mövqeyindən asılıdır. Bunu prezident İlham Əliyev deyib.
“Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq istəyirdilər”, - deyə dövlət başçısı “Sky News” televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən həll olunmalıdır. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır. Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar.
Əliyev qeyd edib ki, Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. “Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik”, - deyə prezident vurğulayıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət