ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2021-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozu 0,01 milyon barel azaldıb, 2020-ci il üçün proqnozu isə 0,71 milyon barel səviyyəsində saxlayıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-nın aylıq proqnozunda bildirilir.
EIA-nın məlumatına görə, cari ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatı 0,77 milyon barel, II rübdə 0,7 milyon barel həcmində olub, III rübdə 0,67 milyon barel, IV rübdə 0,69 milyon barel (oktyabr proqnozu - 0,7 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
EIA Azərbaycanda 2020-ci il üçün neft hasilatı üzrə proqnozu 0,71 milyon barel səviyyəsində saxlayıb.
EIA ümumlikdə, 2021-ci il üçün Azərbaycanda gündəlik neft hasilatının 0,73 milyon barel təşkil edəcəyini gözləyir, bu da oktyabr proqnozundan 0,01 milyon barel azdır.
Bununla yanaşı, EIA gələn ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatının 0,71 milyon barel (oktyabr proqnozu - 0,72 milyon barel), II rübdə 0,73 milyon barel, III-IV rüblərdə 0,74 milyon barel təşkil edəcəyini gözləyir.
2021-ci ilin II-IV rüblərində ölkədə gündəlik neft hasilatı üzrə proqnoz dəyişməz olaraq qalıb.
EIA qeyd edir ki, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,78 milyon barel təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan yeni OPEC+ sazişi üzrə götürdüyü öhdəliklər çərçivəsində 2020-ci il mayın 1-dən neft hasilatını azaltmağa başlayıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət