«AccessBank» 2020-ci ildə aktivlərini 4,7% - 855,854 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 dekabr 2020-ci il tarixinə bankın kredit portfeli 502,582 milyon manata (azalma 17,8%) bərabərdir. 442,385 milyon manat biznes kreditlərinin, 52,851 milyon manat istehlak kreditlərinin payına düşüb.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 760,03 milyon manat (azalma 5,4%) təşkil edib. Bankın depozit portfeli 627,561 milyon manat məbləğində qiymətləndirilir. Fiziki şəxslərin əmanətləri 497,063 milyon manat (azalma 10,3%), hüquqi şəxslərin depozitləri 130,498 milyon manat (artım 22,4%) təşkil edib.
2020-ci ilin sonuna “AccessBank”ın kapitalı 95,824 milyon manat (artım 1,6%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməyib) məbəğində olub.
Bank hesabat ilini 2019-cu ilin yekunları üzrə 89,704 milyon manat məbləğində xalis zərərə qarşı 2,621 milyon manat məbləğində xalis mənfəətlə başa vurub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə respublika bankları sırasında 7-ci yerdədir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət