Nikol Paşinyanın, Rusiyanın “İsgəndər” raketlərinin effektivsiz olmasına dair bəyanatı baş nazirin yanlış məlumatlandırılmasından irəli gəlir, bu günlərdə Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı bu məsələ müzakirə olunub. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Mane Qevorkyan məlumat verib.
“Bu günlərdə Ermənistanın baş naziri və Rusiya prezidenti arasında baş tutmuş telefon danışığı zamanı digər məsələlərlə yanaşı baş nazirin Ermənistan tərəfindən “İsgəndər” raketlərinin istifadə olunmasına dair bəyanat müzakirə olunub. Ermənistanın baş naziri faktların tutuşdurulması əsasında bu vəziyyətlə bağlı yanlış məlumatlandırılması qənaətinə gəlib”, - Qevorkyan Ermənistanın “Armenpress” dövlət informasiya agentliyinə bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin bəyanatının “hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinin mahiyyəti və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur”. “Həmçinin, Rusiya silahlarının dünyanın ən yaxşı silahları olması faktı şübhə doğurmur. Ermənistan hərbi sənaye və yüksək texnologiyalar sahəsində Rusiya ilə sıx əməkdaşlığı davam etdirir və bu əməkdaşlığın daha da dərinləşməsi üçün addımlar atmağa hazırdır”, - Qevorkyan qeyd edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət