2021-ci ilin yanvar ayında Azərbaycana 23,203 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 53,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $5 milyon 900,6 min (azalma 46,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $6 milyon 667 min dəyərində (artım 3,3 dəfə) 15,283 min ton şəkər xammalı və şəkər (artım 2,6 dəfə), $12 milyon 222 min dəyərində (artım 13,3%) 9,032 min ton bitki yağı (azalma 24,2%), $2 milyon 517,2 min dəyərində (artım 51,2%) 711 min ton çay (azalma 46,8%), $5 milyon 365,4 min dəyərində (artım 8%) 1,07 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 6,3%) idxal edilib.
Eyni zamanda, yanvarda respublikaya $2 milyon 70,8 min dəyərində (azalma 29,5%) 568,2 min ton iribuynuzlu heyvan əti (azalma 30,1%), $1 milyon 398,5 min dəyərində (azalma 61,7%) 1,298 min ton quş əti və quş əti məhsulları (azalma 61%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $10 milyon 802,3 min dəyərində (artım 52%) 11,597 min ton meyvə (artım 36,8%), $4 milyon 12,3 min dəyərində (artım 4,2 dəfə) 8,831 min ton tərəvəz (artım 4,9 dəfə), $4 milyon 732,3 min dəyərində (artım 1,9%) 19,203 min ton kartof (azalma 10,8%) idxal edilib.
Ötən il ölkədən $219 milyon 968,5 min dəyərində (artım 2,7%) 218,5 min ton tərəvəz (azalma 1,2%), $349 milyon 886,2 min dəyərində (azalma 3,2%) 301,1 min ton meyvə (azalma 10,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $1 milyon 512,7 min dəyərində (artım 3 dəfə) 3,066 min ton şəkər (artım 2,7 dəfə), $994,1 min dəyərində (azalma 12,5%) 777,7 min ton bitki yağı (azalma 46,2%) ixrac edilib.
2021-ci ilin yanvar ayında Azərbaycan $1 milyon 262,3 min dəyərində (аrtım 54,6%) 1,092 min ton meyvə və tərəvəz şirələri (artım 1,9 dəfə), $180,9 min dəyərində (artım 34,5%) 19,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 3,8 dəfə), $552,8 min dəyərində (azalma 34,5%) 424,7 min ton meyvə və tərəvəz konservləri (azalma 18,2%), $94,9 min dəyərində (azalma 80,6%) 42,1 ton tütün (azalma 81%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət