Rəsmi Bakı ATƏT-in Minsk qrupundan “kreativ ideyalar” gözləyir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Minsk qrupu mövcuddur, lakin münaqişə nizamlanıb. Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil. Biz onlardan kreativ ideyalar gözləyirik”, - Əliyev çərşənbə günü Bakıda Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münaqişəni 30 il müddətində sülh yolu ilə nizamlamaq istədi.
“Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir. Əgər onlar müharibədən əvvəl və hətta müharibə dövründə də bizim ərazilərimizi tərk etmək barədə mənim çağırışlarıma, israrlı tələblərimə qulaq assaydılar, müharibənin nəticələri Ermənistan üçün bu dərəcədə ağrılı olmazdı. Bütün təqsirlər onlardadır. Biz ədaləti, o cümlədən tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik və BMT Təhlükəsizlik Şurasının qətnamələrini (Qarabağ üzrə - İF) yerinə yetirdik”, - Əliyev əlavə edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət