2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 994,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 946,1 milyon manat məbləğində heyvandarlıq, 48,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,2%, bitkiçilik məhsullarının istehsal həcmi 2,5% artıb.
Birinci rüb ərzində respublikada 130,4 min ton ət (artım 3%), 484 min ton süd (artım 1,8%), 463,7 milyon ədəd yumurta (azalma 4,4%) istehsal edilib.
Aprelin 1-nə olan məlumata görə, ölkədə 8 milyon 279,2 min baş qoyun və keçi, 2 milyon 660,8 min baş iribuynuzlu heyvan var.
Yanvar-mart aylarında Azərbaycanda quş fabriklərində 18,9 min ton quş əti (2020-ci ilin yanvar-mart aylarında 19,1 min ton), həmçinin 183,6 milyon ədəd yumurta (bir il əvvəl 214,8 milyon ədəd) istehsal olunub. Bütövlükdə, müəssisələrdə quşların ümumi sayı 11 milyon 307,6 min baş, yumurtlayan toyuqların hər birindən orta hesabla 54 ədəd yumurta əldə olunub.
Yanvar-mart aylarında respublikada 80,4 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 1,4% çoxdur.
Hazırda Azərbaycanda yazlıq bitkilərin əkini davam edir. Hesabat dövrü ərzində 117,4 min hektar ərazidə yazlıq əkin həyata keçirilir, bu da 2020-ci ilin naloji dövrünün göstəricisindən 1,3% çoxdur.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət