“Kapital Bank” ASC 2020-ci ildə ipoteka portfelinin həcminə görə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları arasında lider olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
2019-cu ilin yekunları üzrə reytinqin lideri “NBC Bank” olmuşdu. Lakin bankın lisenziyası 2020-ci ilin yazında ləğv edildiyi üçün onun ipoteka portfeli digər banklar arasında bölüşdürülüb.
2020-ci ilin sonuna “Kapital Bank” 4,323 min ipoteka kreditinə xidmət göstərir, bu kreditlərin qalıq dəyəri 181 milyon 382,525 min manat təşkil edir (2019-cu ilin sonuna 45 milyon 653,018 min manat məbləğində 1,007 min kredit). 2019-cu ilin yekunları üzrə “Kapital Bank” İKZF-nin vəsaitləri hesabına ipoteka portfelinin həcminə görə banklar arasında 8-ci yerdə qərarlaşmışdı.
İpoteka portfelinin həcminə görə ikinci yerdə 102 milyon 458,668 min manatla (2,733 min kredit) “BTB Bank” gəlir. “BTB Bank” 2019-cu ilin yekunları üzrə İKZF-nin vəsaitləri hesabına ipoteka portfelinin həcminə görə banklar arasında üçüncü yerdə qərarlaşmışdı.
2020-ci ilin sonuna ipoteka portfelinin həcminə görə üçüncü yerdə 101 milyon 189,606 min manatla (2,386 min kredit) “Muğanbank” qərarlaşıb. 2019-cu ilin yekunları üzrə bank ikinci yeri tutmuşdu.
Ötən ilin yekunları üzrə fondun müvəkkil banklarının ilk onluğuna, həmçinin aşağıdakı banklar da daxildir: “Azər-Türk Bank” – 67 milyon 48,81 min manat (1,219 min kredit), “Xalq Bank” – 62 milyon 444,799 min manat (1,639 min kredit), “Yelo Bank” - 59 milyon 91,654 min manat (1,391 min kredit), “Rabitəbank” - 57 milyon 226.49 min manat (1,084 min kredit), “GünayBank” – 53 milyon 444,675 min manat (1,12 min kredit), “Unibank” - 46 milyon 518,946 min manat (1,199 min kredit) və Azərbaycan Beynəlxalq Bankı - 41 milyon 934,049 min manat (814 kredit).
Ümumilikdə, 2020-ci ilin sonuna 23,157 min ipoteka krediti üzrə qalıq dəyəri 1 milyard 30 milyon 323,156 min manat (2019-cu ilin sonuna 947 milyon 316,403 min manat məbləğində 21,737 min kredit) təşkil edir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət