11 iyul tarixindən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı – Tel-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə aviaşirkətin məlumatında deyilir.
Qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcək. Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:
- tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə sertifikat;
- həmçinin uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava yolu ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər, bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
Bu istiqamət üzrə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş hüququna malik olmalıdılar.
Sərnişin Tel-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş klinika və ya laboratoriyalardan hər hansı birində verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdir edən QR-kodunun olması arzu ediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyətlərdən daha sürətli keçməyə kömək edəcək.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət