2021-ci ilin yanvar-may aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 398 milyon 1,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10.1% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 264 milyon 787,4 min manat (artım 9%) və ya bazar üzrə bütün sığorta haqlarının 66,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 136 milyon 525,9 min manat (artım 19,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 128 milyon 261.6 min manat (azalma 0,7 %) təşkil edib.
Yanvar-may aylarında icbari sığorta növləri üzrə sığorta haqları 133 milyon 213,6 min manat (artım 12,6%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (122 milyon 966,9 min manat), tibbi sığorta (70 milyon 35,1 min manat) və nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (37,6 milyon 712 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-aprel aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 57,9%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 208 milyon 233 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 48,6% çoxdur.
Yanvar-may aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 151 milyon 540,5 min manat (artım 36,6%) və ya bazar üzrə bütün ödənişlərin 72,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 117 milyon 202,6 min manat (artım 65,2%), qeyri-həyat sığortası üzrə ödənişlər 34 milyon 337,9 min manat (azalma 14,2%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 56 milyon 692,5 min manat (artım 1,9 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (115 milyon 586,6 min manat), nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (26 milyon 68,5 min manat) və könüllü tibbi sığorta (24 milyon 687,8 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 79,9%-ni təmin edib.
May ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət