2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən qazın həcmi 10 milyard 347 milyon 923,26 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 57,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilmiş qazın dəyəri $1 milyard 585 milyon 636,25 min (artım 25,8%) təşkil edib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18%-i (2020-ci ilin I yarısında 16,39%) qaz ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-iyun aylarında Türkiyəyə $880 milyon 744,5 min dəyərində 6 milyard 292 milyon 876,25 min kubmetr, Gürcüstana $252 milyon 805,83 min dəyərində 1 milyard 989 milyon 974,2 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya $362 milyon 990,19 min dəyərində 1 milyard 626 milyon 662,92 min kubmetr, Yunanıstana $69 milyon 170,85 min dəyərində 266 milyon 460 min kubmetr, Bolqarıstana $16 milyon 734,57 min dəyərində 119 milyon 560,07 min kubmetr qaz ixrac edilib. Beləliklə, 6 ay ərzində Avropaya $448 milyon 895,61 min dəyərində 2 milyard 12 milyon 20,34 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, Azərbaycan İrana $3 milyon 190,31 min dəyərində 84 milyon 52,48 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət