2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 12 milyard 61 milyon 122,84 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 56,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $2 milyard 14 milyon 914,97 min (artım 35,4%) təşkil edib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 17,68%-i (2020-ci ilin yanvar-iyulda 16,3%) qaz ixracının payına düşüb”, - Komitədən məlumat verilir.
2021-ci ilin yanvar-iyul aylarında Türkiyəyə $974 milyon 456,63 min dəyərində 6 milyard 793 milyon 223,8 min kubmetr, Gürcüstana $261 milyon 704,04 min dəyərində 2 milyard 94 milyon 704,04 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya $658 milyon 300,34 min dəyərində 2 milyard 561 milyon 584,64 min kubmetr, Yunanıstana $96 milyon 100,99 min dəyərində 344 milyon 85,15 min kubmetr, Bolqarıstana $19 milyon 309,95 min dəyərində 134 milyon 907,93 min kubmetr qaz ixrac edilib. Beləliklə, 7 ay ərzində Avropaya $773 milyon 711,28 min dəyərində 3 milyard 40 milyon 577,72 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, Azərbaycan İrana $5 milyon 43,03 min dəyərində 132 milyon 864,62 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət