2020-ci ildə SOCAR-ın yataqlarından qaz hasilatının maya dəyəri 2019-cu illə müqayisədə 1% və ya hər 1 min kubmetr üçün 61,27 manatadək azalıb.
Bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il ərzində illik hesabatında deyilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, sənədə əsasən, mədən vergisi nəzərə alınmadan 2020-ci ildə SOCAR şirkətinin 1 min kubmetr qaz hasilatının maya dəyəri 49,44 manat təşkil edib (azalma 1,3%).
Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 13,9%, material xərcləri 3,4%, sosial sığortalara ayırmalar 2,9%, amortizasiya ayırmaları 18,2%, təmir xərcləri 8,2%, əsas vasitələrin texniki xidmət xərcləri 4,7%, mədən vergisi 17,7%, nəqliyyat xərcləri 14,5% təşkil edir. Qalan göstəricilər digər xərclərin payına düşüb.
2020-ci ildə şirkət üzrə qaz hasilatının maya dəyərinin azalması material xərclərinin (16%), elektrik enerjisi xərclərinin (43,4%), amortizasiya xərclərinin (21,6%), mühafizə xərclərinin (17,9%) və qalan vergilərə xərclərin (0,4%) azalması ilə şərtlənir.
Şirkətin qazın dəyəri nəzərə alınmaqla, hasilatın pay bölgüsü sazişlərinin şərtləri üzrə əməliyyat şirkətlərindən əldə etdiyi, emal, saxlanma və nəql xərclərindən, qaz hasilatı xərclərindən başqa 2020-ci ildə SOCAR-ln 1 min kubmetr qaz üçün faktiki xərcləri 140,24 manat təşkil edib.
Hesabata əsasən, 2020-ci ildə SOCAR şirkəti üzrə qaz hasilatı 7 milyard 818,6 milyon kubmetr təşkil edib (artım 7,7%). Eyni zamanda, 5 mlrd. 922,7 mln. kubmetr “Azneft” İB-nin (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) (artım 5,4%), 1 milyard 421,3 mln. kubmetr quru yataqlarının işlənməsi iklə məşğul olan birgə müəssislər və əməliyyat şirkətlərinin payına düşüb (artım 18,5%). **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət