Bu gün Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
“Prezident İ.Əliyev Özbəkistan dövlətinin başçısını ölkə Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edib, özbək xalqının əmin-amanlığının və firavanlığının təmin edilməsi işində ona uğurlar arzulayıb. Özbəkistan lideri də öz növbəsində dövlətimizin başçısını və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, sülh və tərəqqi arzularını çatdırıb”, - deyə Özbəkistan Prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Söhbət zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin və çoxplanlı əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri müzakirə edilib.
Dövlət başçıları qarşılıqlı ticarət göstəricilərinin və iqtisadiyyatın müxtəlif sahələrində müştərək layihələrin sayının artmasının davamlı dinamikasını məmnunluqla qeyd ediblər.
“Uğurlu kooperasiya nümunələri kimi bu il Hacıqabul şəhərində avtomobillərin istehsalına başlanması, kənd təsərrüfatı və ipəkçilik sahəsində layihələr qeyd edilib. Bildirilib ki, gələn ay Bakı şəhərində Özbəkistanın milli sənaye sərgisi keçiriləcək. Hökumətlərarası komissiyanın və İşgüzar Şuranın növbəti iclaslarına hazırlıq gedir”, - deyə məlumatda bildirilir.
Prezidentlər nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən paytaxtlar arasında aviasiya reyslərinin bərpası məsələlərini də nəzərdən keçiriblər.
“Tərəflər Özbəkistan və Azərbaycan ərazisində müntəzəm olaraq birgə mədəni-humanitar tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar, həmçinin regional qarşılıqlı fəaliyyətin ən mühüm aspektləri, o cümlədən Türk Şurasının qarşıdakı Zirvə görüşünün gündəliyi barədə fikir mübadiləsi aparıblar. Yüksək səviyyədə görüşlərin qrafiki nəzərdən keçirilib”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət