Rusiya prezidenti Vladimir Putin qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyevlə bəzən razılşamaq çətindir, lakin əgər razılıqlar əldə olunubsa, o zaman onların icrasına əmin olmaq olar.
“Onun (prezident Əliyevin - İF) üstün cəhətləri çoxdur, yubilyarlar barədə hər zaman belə deyirlər. Lakin, buna baxmayaraq, onunla nə barədə isə razılaşmaq çətin ola bilər, bu, bəzən mürəkkəb prosesdir, xüsusilə qarşılıqlı əlaqələrin əsas məsələləri ilə bağlı. Ancaq əgər nə barədə isə razılaşmısansa, o zaman əmin olmaq olar ki, həmin razılıqlar yerinə yetiriləcək”, - Putin AzTV dövlət telekanalının çəkdiyi və Azərbaycan prezidentinin 60 illik yubileyinə həsr olunan “Prezident. Təkrarolunmaz diplomatiya” adlı filmdə bildirib.
İnterfaks-Azərbaycan”ın məlumatına görə, cümə günü AzTV-nin efirində nümayiş olunan filmdə Putin qeyd edib ki,“bu son dərəcə vacib cəhətdir və istənilən şəxs üçün ümumilikdə xarakterin mühüm xüsusiyyətidir, lakin siyasətlə məşğul olan insan üçün bu ikiqat vacibdir”.
“Mən artıq uzun illərdir onu (Əliyevi - İF) tanıyıram: onun həyatının əsas məqsədi, bu cür yüksək vəzifə tutan istənilən düzgün insanın olduğu kimi, ölkəsinin, insalarının, Azərbaycan xalqının yaxşı olmasıdır. Mən ilk nöbvbədə arzu edirəm ki, o həyatdakı məqsədlərinin reallaşdırılmasında müvəffəqiyyətli olsun”, - Rusiya lideri əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət