“Bank Melli İran”ın Bakı filialı 2021-ci ildə aktivlərini 7,3% - 86 milyon 840,92 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 88,5% - 9 milyon 844,955 min manata qədər artıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 55 milyon 286,29 min manat (31 dekabr 2020-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 0,2%), investisiya qiymətli kağızları 17 milyon 939,727 min manat (azalma 20%) təşkil edir.
31 dekabr 2021-ci il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 51 milyon 422,031 min manata (azalma 8,7%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 12,2% – 22 milyon 968,626 min manata qədər azalıb, müştəri hesabları 0,3% - 10 milyon 733,222 min manata qədər artıb.
Dekabr ayının sonuna bankın kapitalı 35 milyon 418,889 min manat (azalma 5,2%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2021-ci ilin yekunları üzrə bankın filialının xalis zərəri 1 milyon 959,894 min manat (2020-ci ildə mənfəət 783,84 min manat təşkil edib) məbləğində olub. 2021-ci il dekabrın 31-nə bankın bölüşdürülməmiş zərəri 38 milyon 192,282 min manat (2021-ci ildə artım 5,4%) məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət