Bakı və İrəvan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edib. Bunu bu gün jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Azərbaycan və Ermənistan delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi razılıq əldə edib. Hesab edirəm ki, delimitasiya ilə bağlı sənədin imzalanması vacibdir”, - deyə o bildirib.
Sədr hesab edir ki, bu il Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaq mümkün olmayacaq. “Ermənistan əhalisinin əksəriyyəti Nikol Paşinyana səs verib. Ancaq hər üç şəxsdən biri ona qarşı çıxış edir. Bunu da nəzərə almaq lazımdır. Bəzi qurumlar Ermənistanda Paşinyanın siyasətini dəstəkləmir”, - deyə o vurğulayıb.
Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü şərh edən F.Şəfiyev qeyd edib ki, bəzi qüvvələr Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəmir. “Ermənistanın indiki siyasəti üçüncü dövlətlər tərəfindən müəyyən olunur. Bəzi dövlətlər Azərbaycan və Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını istəmirlər”, - deyə sədr vurğulayıb.
O əlavə edib ki, Bakının hədəfi güc tətbiq etmədən Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. “Bizim məqsədimiz diplomatiya yolu ilə Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Prezidentin bəyan etdiyi kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”, - deyə F.Şəfiyev bildirib.*
E.Şəfiyev
ETX və “Fortinet” kibertəhlükəsizlik sahəsində əməkdaşlıq qurur
11 ay ərzində Azərbaycanda pul bazası 5% artıb, noyabrda 0,4% azalıb
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
İsrail əməliyyatlardan sonra Qəzzada bufer zona yaratmağı planlaşdırır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək