2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 122,7 min ton mineral gübrə idxal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 62,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $41 milyon 114,5 min (azalma 56,6%) təşkil edib.
Bundan başqa, yanvar-noyabr aylarında Azərbaycana $3 milyon 228 min dəyərində (azalma 23,2%) 20 min 20,4 ton (azalma 22,5%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $33 milyon 948,4 min dəyərində (azalma 2,9%) 25 min 505,3 ton (azalma 23,7%) polietilen idxal edilib.
Yanvar-noyabr aylarında Azərbaycana $202 milyon 298 min dəyərində 192,5 min ton metalyayma məhsulu (azalma 33,6%), $48 milyon 982,9 min dəyərində 64,678 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 63,6%), $28 milyon 364 min dəyərində 25 min 652 ton qara metaldan hazırlanan günyə (azalma 25,4%), $187 milyon 569,4 min dəyərində 110,2 min ton qara metaldan hazırlanan boru (azalma 20,3%) idxal edilib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət