Yanvarın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında baş tutmuş telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Bu barədə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
“Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə inkişafını məmnunluqla qeyd ediblər. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Nazirlər iki ölkə arasında ötən il ərzində həm Xarici İşlər nazirlikləri səviyyəsində, həm də digər qurumlar arasında həyata keçirilən təmasların intensivliyini məmnunluqla bildiriblər.
Cari ildə iki qardaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ötən ilin dekabr ayında Bakıda keçirilən iclasına istinad edərək, əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər, həmçinin ötən il dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslamabadda keçirilən növbədənkənar iclasının nəticələri barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi azərbaycanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək növbəti, 48-ci iclasına dəvət edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət