Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib ki, rəsmi Bakı Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı, habelə iki ölkənin dövlət başçılarına qarşı irəli sürdüyü tamamilə əsassız ittihamlara görə üzrxahlıq gözləyir.
“Azərbaycan və Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq münasibətləri, ölkə rəhbərlərinin birgə səyləri nəticəsində yaradılan bu imkanlar bu günədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulmasına imkan yaradıb”, - deyə L.Abdullayevanın açıqlamasında bildirilir.
O vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı üçüncü qüvvələrin manipulyasiyaları kölgə sala bilməz. “Əfsuslar olsun ki, bu, ilk dəfə deyil ki, CHP nümayəndəsi antiazərbaycan mövqeyindən çıxış edərək, əsassız iddialarla aranı qarışdırmağa çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz”, - deyə XİN rəsmisi qeyd edib.
O bildirib ki, Bakı irəli sürülən əsassız ittihamlara görə Ərdoğdudan üzrxahlıq tələb edir.
“Azərbaycan tərəfi CHP millət vəkili tərəfindən irəli sürülən əsassız ittihamlara görə üzrxahlıq gözləyir. Əks təqdirdə, biz məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özümüzdə saxlayırıq”, - deyə L.Abdullayeva əlavə edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət