Ermənistan sülh sazişinin imzalanması məsələsi ilə bağlı Azərbaycanla məzmunlu söhbətə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Hökumətimizin məqsədi – Azərbaycanla sülh sazişinin imzalanması və Türkiyə ilə diplomatik münasibətlərin qurulmasıdır”, - Paşinyan bu gün “hökumət saatı” çərçivəsində deputatların suallarına cavabında bildirib.
Onun sözlərinə görə, İrəvan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır və danışıqlar aparmağa hazırdır. “Danışıqların formatı barədə biz danışmışıq, bu məlumdur. Bu bizim məqsədimizdir, biz məzmunlu, konkret söhbətə hazırıq”, - Paşinyan qeyd edib.
Öz növbəsində XİN başçısı Ararat Mirzoyan bildirib ki, İrəvan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üzrə Ankara ilə məzmunlu danışıqların başlanmasına ümid edir.
“Fevralın 24-də Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ikinci görüşü keçiriləcək. Ümid edirik ki, bu görüşdə xüsusi nümayəndələr arasında dövlət sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulmasına yönələn məzmunlu danışıqlar başlanacaq”, - Mirzoyan bu gün “hökumət saatı” çərçivəsində deputatların suallarına cavabında bildirib.
Onun sözlərinə görə, İrəvan Ankaradan müsbət impulslar alır. **
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət