2022-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 milyard 111 milyon 817,41 min təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $4 milyard 61 milyon 547,29 min (2021-ci ilin yanvar ayı ilə müqayisədə artım 68,4% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $3 milyard 86 milyon 682,35 min (artım 1,9 dəfə), idxalın həcmi $974 milyon 864,94 min (artım 23,8%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,48%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,37% ərzaq məhsullarının, 0,54% tütün və tütün məhsullarının, 4,8% əczaçılıq məhsullarının, 0,24% gübrələrin, 3,37% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,48% odun və agac məhsullarının, 1,39% geyim və geyim aksessuarlarının, 7,69% qara metal və ondan hazırlanan məmulatların, 20,91% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 19,71% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,79% mebelin, 23,25% digər məhsulların payına düşüb.
Yanvar ayında xarici ticarət əməliyyatlarında 3,683 min özəl və dövlət müəssisəsi və 5,157 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 118 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-noyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 50,11%-i), Türkiyə (9,42%), Rusiya (2,35%), İspaniya (2,55%), İsrail (5%), Ukrayna (6,47%), Çexiya (2,89%), İspaniya (2,55%), Tunis (2,44%), Tailand (2,52%) və Yunanıstan (2,75%), Böyük Britaniya (4,13%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (13,81%), Türkiyə (15,77%), Çin (14,47%), Almaniya (4,94%), Qazaxıstan (12,56%), ABŞ (2,95%), İtaliya (2,13%), Ukrayna (3,67%), İran (3,6%) və Yaponiya (1,92%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət