Naxçıvan Qarnizonu Qoşunlarında tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində Vətən Müharibəsi zamanı qazanılmış təcrübəyə əsasən taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi qeyd edilib”, - nazirlikdən qeyd olunur.
Bildirilir ki, müasir tank texnikalarının gecə və gündüz şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən və maneələrdən keçməklə şərti düşmənin atəş zərbələrindən qorunması və atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.
Bundan əlavə, birləşmə, hissə və bölmələrin maddi-texniki vasitələrlə təmin edilməsi ilə yanaşı döyüş sahəsindən və təbii maneələrdən zədələnmiş texnikanın təxliyəsi, yenidən istifadəyə hazır vəziyyətə gətirilməsi və təmir emalatxanalarının fəaliyyəti sualları işlənilib.
“Məşğələlərin yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib”, - MN-dən vurğulanıb. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət