2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 150,6 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 6,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $51 milyon 953,3 min (artım 9,2 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $23 milyon 657 min dəyərində (artım 1,7 dəfə) 44,302 min ton şəkər xammalı və şəkər (artım 34,5%), $43 milyon 914,3 min dəyərində (artım 2,1 dəfə) 28,747 min ton bitki yağı (artım 1,8 dəfə), $8 milyon 378,3 min dəyərində (artım 15%) 1,745 min ton çay (azalma 9,1%), $14 milyon 723,3 min dəyərində (artım 60%) 2,726 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 40,7%) idxal edilib.
Ötən il respublikaya $3 milyon 427,8 min dəyərində (azalma 27,8%) 759,3 min ton iribuynuzlu heyvan əti (azalma 44%), $7 milyon 488,4 min dəyərində (artım 1,8 dəfə) 5,635 min ton quş əti və quş əti məhsulları (artım 48,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $25 milyon 549,4 min dəyərində (artım 18,8%) 26,229 min ton meyvə (artım 15,5%), $4 milyon 575,7 min dəyərində (azalma 28,3%) 8,089 min ton tərəvəz (azalma 39,2%), $12 milyon 329,5 min dəyərində (artım 18,4%) 46,309 min ton kartof (artım 10,9%) idxal edilib.
Yanvar-fevralda ölkədən $27 milyon 327 min dəyərində (artım 1,6 dəfə) 23,254 min ton tərəvəz (artım 40,5%), $64 milyon 27,1 min dəyərində (artım 21,8%) 50,496 min ton meyvə (artım 2,4%), $368 min dəyərində (artım 38,2%) 748,4 min ton kartof (artım 5,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $4 milyon 138 min dəyərində (azalma 15,1%) 6,305 min ton şəkər (azalma 35,3%), $2 milyon 53,3 min dəyərində (azalma 2,5%) 1,265 min ton bitki yağı (azalma 31,2%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $1 milyon 375,7 min dəyərində (azalma 40,2%) 1,191 min ton meyvə və tərəvəz şirələri (azalma 39,7%), $356,8 min dəyərində (azalma 10%) 18,6 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 50,3%), $964 min dəyərində (azalma 9,8%) 864,9 min ton meyvə və tərəvəz konservləri (azalma 15,8%), $3 milyon 944,9 min dəyərində (artım 13,7 dəfə) 1,126 min ton tütün (artım 6,8 dəfə) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət