2022-ci ilin yanvar-mart aylarında “Bank Avrasiya” aktivlərini 5,6% - 176 milyon 752,92 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2022-ci il tarixinə bankın kredit portfeli 116,835 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,3% - İF) təşkil edib. İstehlak kreditləri 3,949 milyon manat (artım 0,7%), biznes kreditləri 73,19 milyon manat (artım 2,4%), daşınmaz əmlak kreditləri 39,697 milyon manat (artım 2,2%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 104,2 milyon manat (artım 8,9%) təşkil edir.
Bankda depozitlər 58,896 milyon manata (artım 17,6%), əhalinin əmanətləri 53,594 milyon manata (artım 22,8%) bərabərdir.
Martın sonuna “Bank Avrasiya”nın kapitalı 72 milyon 553,42 manat (artım 1,1%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2022-ci ilin yanvar-mart ayları ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 763,47 min manat təşkil edib, bu da 2021-ci ilin birinci rübünün göstəricisindən 2,2 dəfə çoxdur.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət