30 aprel 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri rekord səviyyəyə - 40 milyard 149,2 milyon manata çatıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-aprel aylarında bankların aktivləri 4,4% artıb.
Aprelin sonuna bankların kredit portfeli 17 milyard 840,4 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,1% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 4 milyard 990 milyon manat (artım 0,4%) təşkil edir.
Bankların öhdəlikləri 35 milyard 159,2 milyon manata (artım 5%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 326 milyon manat məbləğində (artım 2,2%) qiymətləndirilir. Banklarda depozit portfeli 28 milyard 613,7 milyon manat (artım 6,2%), o cümlədən əhalinin əmanətləri 10 milyard 340,4 milyon manat (artım 14,5%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında bankların ümumi xalis mənfəəti 248,1 milyon manat təşkil edib (2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 27,4%).
Hesabat dövründə bankların faiz gəlirləri 815,3 milyon manat (artım 23%), o cümlədən verilmiş kreditlər üzrə 674,3 milyon manat (artım 27,8%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 327,3 milyon manat məbləğində (artım 38,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 192,9 milyon manat (artım 11%), o cümlədən depozitlər üzrə 134,3 milyon manat (artım 20,6%), qeyri-faiz xərcləri 546,9 milyon manat (artım 33,1%) təşkil edib.
Yanvar-aprel aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 389,6 milyon manat (artım 29,2%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 305,2 milyon manat məbləğində (artım 28,2%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 57,1 milyon manat (artım 31,6%) təşkil edib.
30 aprel 2022-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Bankların 487 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,7%) və 97 şöbəsi (dəyişməyib) var.
Bank sektorunda 21,227 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,4%) çalışır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət