Litva Prezidenti Gitanas Nauseda Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edir.
“Biz Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edirik və buna görə əməkdaşlığımızı daha da inkişaf etdirməkdə maraqlıyıq”, - deyə o, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Məktubun mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Nauseda, həmçinin nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, innovasiya və təhsil sahələrində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Litvanın Qafqazda önəmli tərəfdaşıdır. Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf region ölkələrinin, eyni zamanda, Litvanın və Avropa İttifaqının ümumi maraqlarına uyğundur.
Litva Prezidenti bildirib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xüsusilə vacibdir. “Mən çox ümid edirəm ki, biz bu mübarizədə Ukraynanı dəstəkləyəcəyik”, - deyə o yazıb.
Nauseda Əliyevi Litvaya səfərə dəvət edib. “Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizi və xalqlarımız arasındakı əlaqələri daha da genişləndirməyə və gücləndirməyə kömək edəcək”, - deyə o qeyd edib.*
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət