Azərbaycan Respublikası Baş Prokurorluğu ölkədə cinayətlər törətməkdə ittiham olunan iki nəfərin Rusiyadan ekstradisiya edilməsi ilə bağlı məlumat yayıb.
“Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşları Gündüz Həsənli (1993-cü il təvəllüdlü) və Elnur Şahsuvarovun (1993-cü il təvəllüdlü) ekstradisiyası haqqında qərarlar qəbul edilib.
Məlumata görə, Şirvan şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə G.Həsənli tərəfindən “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin ambarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Respublikası CM-in 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 06.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib. G.Həsənli 21.03.2022-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda qeyd olunur.
E.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. E.Şahsuvarov 21.10.2020-ci il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.
24.06.2022-ci il tarixində G.Həsənli və E.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından Azərbaycana gətirilib.*
Əliyev: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qarantiya lazımdır
Əliyev TDT ölkələrinə müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün “yol xəritəsi” lazımdır
Əliyev: Azərbaycan Cənubi Qafqazda vəziyyətlə bağlı öz mövqeyini beynəlxalq aktorlara çatdırır
SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulub
Manat avro və rubla qarşı bahalaşıb, lirəyə qarşı sabitdir
ADY informasiya təhlükəsizliyinin təmin edilməsinə 4,3 milyon manat yönəldəcək
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
HƏMAS İsrail hərbi əməliyyatları dayandırmayana qədər Qəzzadan girovları buraxmayacağını bəyan edir
Netanyahu: İsrail HƏMAS-ın batalyonlarının yarısının komandirlərini ləğv edə bilib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
AccessBank-dan yeni sahibkarlar üçün 50%-ə qədər endirim kampaniyası
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək