2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 4%, inflyasiya 11,6% təşkil edəcək. Bu göstəricilər “Focus Economics”in analitiklərinin proqnozlarında öz əksini tapıb.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, "Focus Economics”in iyul konsensus-proqnozuna əsasən, Azərbaycan 2022-ci ildə ÜDM-in artım templərinə görə MDB+ regionunun aparıcı ölkələrinin ilk üçlüyünə daxil olacaq.
“MDB+ regionunda ÜDM üzrə ən yüksək artım Gürcüstanda (4,1%), Azərbaycanda (4%) və Özbəkistanda (4%) proqnozlaşdırılır. Lakin bu ölkələrdə ÜDM-in artım tempi ötənilki göstəricilərdən xeyli geri qalacaq”, - deyə “Focus Economics”in analitikləri hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, 2022-ci ildə bu üç ölkədə inflyasiya sürətlənəcək: Azərbaycanda və Gürcüstanda 11,6%, Özbəkistanda 11,4% təşkil edəcək.
“Focus Economics” bu il MDB+ ölkələrində ÜDM-in 8,3% azalacağını proqnozlaşdırır. “Ən çox azalma Ukrayna iqtisadiyyatında özünü göstərəcək, RF iqtisadiyyatında da tənəzzül baş verəcək, qalan ölkələr isə pul köçürmələrinin həcminin azalacağını, xarici tələbatın zəifləyəcəyini və inflyasiyanın artacağını müşahidə edəcəklər”, - deyə analitiklər qeyd ediblər.
Ermənistanda ÜDM-in artım tempi 2021-ci ilin yekunları üzrə 5,7%-dən 2022-ci ildə 1,7%-ə qədər ləngiyəcək.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya 6,7% təşkil edib.
Azərbaycan hökuməti cari ildə inflyasiyanı 12,5% səviyyəsində gözləyir. 2022-ci il üçün ÜDM-in artım tempi üzrə ilkin proqnoz 3,9% təşkil edirdi.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət