2022-ci ilin sonunadək “Şahdəniz” yatağından təbii qaz hasilatı pik həcmə - ildə 26 milyard kubmetrə çatacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu BP şirkətinin Xəzər və Yaxın Şərq bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün brifinqdə deyib.
“2022-ci ilin sonunadək “Şahdəniz”dən hasilat ən yüksək səviyyəyə - 26 milyard kubmetrə çatacaq”, - deyə o bildirib.
B.Aslanbəylinin sözlərinə görə, bu, yataqda yeni dərinsulu manifoldun istismara verilməsi hesabına mümkün olacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2021-ci ildə yataqdan 23 milyard kubmetr qaz hasil edilib ki, bu da 2020-ci ilin göstəricisindən 27,1% çoxdur.
Hazırda “Şahdəniz” yatağından gündəlik 70 milyon kubmetr qaz və 105 min barel kondensat çıxarılır. Yatağın işləndiyi 2006-cı ildən bugünədək 164 milyard kubmetr qaz və 37 milyon ton kondensat hasil edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət