Aİ-nin enerji üzrə komissarı Kadri Simson məlumat verib ki, 31 dekabr 2020-ci ildən aetibarən Azərbaycandan Avropaya 14 milyard kubmetrədək qaz nəql edilib.
“Bakıda gələcəkdə qarşılıqlı fəaliyyət addımlarının müzakirəsi məqsədilə SOCAR-ın prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşdüm. TAP-ın kommersiya istifadəsinə başlanması anından Avropaya 14 milyard kubmetrə yaxən qaz nəql olunub”, - Simson çərşənbə axşamı Twitter hesabında yazıb.
O cümlədən, Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb. “Bərpaolunan enerji mənbələri, enerji effektivliyi və s. məsələlərə dair əməkdaşlığın geniş spektrini müzakirə etdik. Potensial və istək var. Hazırda dünən imzalanmış Anlaşma Memorandumunu izləyirik ki, onu həyata keçirək. Artıq Azərbaycan Aİ-yə təbii qaz nəqlini artırıb və bu tendensiya qorunacaq. Bu il əlavə 4 milyard kubmetrədək qaz nəql ediləcək (2022-ci ildə ümumilikdə 12 milyard kubmetr qaz nəql olunacaq - İF). Növbəti qış üçün bizə çox həcmdə qaz lazımdır”, - Simson Twitter hesabında yazıb.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Azərbaycan qazının ixrac həcmi 24 milyard kubmetr təşkil edəcək.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.**
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət