2022-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 14,6% - 10 milyard 596,2 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyun ayında əhalinin bank əmanətləri cəmi 3 milyon manat və ya 0,03% artıb.
AMB-nin məlumatına görə, 6 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 12,5% - 4 milyard 262,3 milyon manatadək və ya bütün əmanətlərin 40,2%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). İyunda əhalinin xarici valyutada bank əmanətləri 2,4% və ya 102,3 milyon manat azalıb.
Yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 16,2% - 6 milyard 333,9 milyon manatadək (bütün əmanətlərin 59,8%-i) artıb. İyun ayında milli valyutada əmanətlərin həcmi 1,7% və ya 105,3 milyon manat artıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 793,5 milyon manat, qeyri-rezidentlərin – 802,7 milyon manat təşkil edir. Yanvar-iyun aylarında rezidentlərin əmanətlərinin həcmi 9,5%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,7 dəfə artıb. İyun ayında rezidentlərin əmanətlərinin həcmi 33,6 milyon manat artıb, qeyri-rezidentlərin 30,6 milyon manat azalıb.
2022-ci il iyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 32 milyard 417,1 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 11,7% çoxdur. İyunda banklarda əmanət və depozitlərin həcmi 1,2% və ya 391,8 milyon manat artıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət