2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz hasilatı 27,3 milyard kubmetr təşkil edib, bu da ötən ilin analoji dövründən 13,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
Nazilriyin operativ məlumatlarına əsasən, qaz hasilaı strukturunda 4,6 milyard kubmetr qaz SOCAR şirkətinin, 7,9 milyard kubmetr qaz – “Azəri-Çıraq-Günəşli” blokunun, 14,8 milyard kubmetr qaz – “Şahdəniz” yatağının payına düşüb.
Bildrilir ki, yanvar-iyul aylarında Azrbaycandan qaz ixracı 12,9 milyard kybmetr (artım 24%) təşkil edib. Hesabat dövründə Türkiyəyə 4,8 milyard kubmetr, Avropaya – 6,5 milyard kubmetr, Gürcüstana – 1,6 milyard kubmetr qaz tədarük olunub.
Həmçinin, bu dövrdə TANAP ilə Türkiyəyə 3,2 milyard kubmetrə yaxın qaz tədarük olunub.
Nazirlikdən qeyd edilib ki, işlənməsinə başlandığı vaxtdan 1 avqust 2022-ci il tarixinə olan vəziyyətə görə AÇG blokundan 198 milyard kubmetrə yaxın qaz, “Şahdəniz” yatağlndan – 172,3 milyard kubmetrdən artıq hasil olunub. Bu dövr ərzində “Şahdəniz” yatağından 119,5 milyard kubmetrdən çox qaz ixrac olunub.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator, 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2021-ci ildə Azərbaycan 19 milyard kubmetrdən çox qaz ixrac edib. Avropaya ixracın həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın həcmi 24 milyard kubmetr, həmçinin Avropaya – 12 milyard kubmetrdən artıq səviyyədə proqnozlaşdırılır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət