Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı şəhəri yaxınlığında tutumu 5 min ton olan anbar tikintisi layihəsinə $4 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi bankın məlumatına istinadən xəbər verir ki, kredit üzrə birgə borcalanlar qismində Azərbaycanın “West & East Forward LLC (“W&E Forward”) və “Alat Bay Industrial Development AFEZCO LLC” (“Alat Bay”) şirkətləri çıxış edir.
Layihənin dəyəri $7 milyon 362,5 min təşkil edir.
“AYİB-in investisiyaları anbar çatışmazlığı probleminin həllinə töhfə verəcək. Bundan başqa, layihə Gürcüstanın Qara dəniz limanları və Bakı arasında tranzit və idxal yük axınını asanlaşdıracaq və bu, çatdırılma dəyəri və müddətinin azaldılması hesabına mümkün olacaq”, - deyə məlumatda vurğulanır.
“West & East Forward LLC” (“W&E Forward”) 1993-cü ildən fəaliyyət göstərən logistika şirkətidir.
“Alat Bay” 2022-ci ilin aprel ayında sözügedən layihənin həyata keçirilməsi məqsədilə yaradılıb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,6 milyard avro vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsinə 844 milyon avro ayrılıb (2022-ci il iyulun 31-nə olan vəziyyətə görə).*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət