Azərbaycan hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələn həftə Gəncə şəhərinin işıqlandırma sisteminin təkmilləşdirilməsi üçün kreditin ayrılması haqqında saziş imzalayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Saziş AYİB-in prezidenti Odile Renaud-Bassonun Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Bu, bankın Azərbaycanda maliyyələşdirdiyi ikinci “Yaşıl şəhər” layihəsi olacaq”, - deyə məlumatda bildirilir.
Layihənin dəyəri 15 milyon avrodur. 10 milyon avro məbləğində kredit AYİB, 2,5 milyon avro məbləğində qrant beynəlxalq donor, qalan məbləğ isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə üzrə benefisiar “Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyidir.
Layihə çərçivəsində Gəncə şəhərində ayrı-ayrı küçələrin işıqlandırma şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə və monitorinq sistemlərinin tətbiqi, işıq dirəkləri və elektrik kabellərinin dəyişdirilməsi nəzərdə tutulur.
Layihə şəhərdə küçə işıqları infrastrukturunun yaxşılaşdırılması hesabına enerjiyə ciddi qənaət etməyə, küçə işıqlarının istismar və texniki xidmət xərclərini optimallaşdırmağa, xidmət keyfiyyətini yaxşılaşdırmağa, ətraf mühitin, vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunmasını təmin etməyə imkan verəcək. Eyni zamanda, layihə “yaşıl enerji”yə keçidi də təmin edəcək.
“AYİB prezidenti Azərbaycanda telekommunikasiya, media və texnologiya (TMT) sektorunun inkişafı layihəsinin işə salınması mərasimində də iştirak edəcək”, - deyə bankdan əlavə ediblər.
Odile Renaud-Basso 12-16 sentyabr tarixlərində Cənubi Qafqaz ölkələrində səfərdə olacaq.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 181 layihənin maliyyələşdirilməsinə 3,6 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsinə 844 milyon avro ayrılıb (2022-ci il iyulun 31-nə olan vəziyyətə görə - İF).*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət