Çin Xalq Respublikasının sədri Si Cinpin Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Pekinlə Bakı arasında əməkdaşlığın geniş perspektivlərini qeyd edib.
“Si Cinpin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığının geniş perspektivlərə malik olduğuna əminliyini ifadə edib”, - deyə Pekin mətbuatının iki ölkə liderlərinin görüşünün yekunlarına dair yaydığı məlumatda bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Si Cinpin bəyan edib ki, hazırda beynəlxalq vəziyyət dərin və mürəkkəb dəyişikliklərə uğrayır və belə şəraitdə dünya birliyi həmrəylik və qarşılıqlı fəaliyyəti gücləndirməlidir.
O, Azərbaycanın qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüslərinə qoşulmasını alqışlayıb.
“Tərəflər ticarətin miqyasını genişləndirməli, ticarətin strukturunu optimallaşdırmalı, Çin-Avropa dəmir yolu qatarları ilə daşımaların həcmini artırmalı və maneəsiz beynəlxalq təchizat zəncirini təmin etməlidirlər”, - deyə məlumatda bildirilir.
ÇXR sədri hesab edir ki, Pekin və Bakı mədəni və humanitar mübadilələri və xalqlar arasında dostluğu möhkəmləndirməlidir.
“Çin regionda sülh və sabitlik, inkişaf və rifah naminə Azərbaycanın ŞƏT ilə əməkdaşlığını dəstəkləyir”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət