Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Cənubi Qafqazda yaranmış vəziyyətə qərəzli və birtərəfli yanaşmasını tənqid edib.
“ABŞ Nümayəndələr Palatasının spikerinin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Öz siyasi karyerası ərzində ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosinin bu açıqlamanı erməni təbliğatının təsiri altında verdiyi şübhə doğurmur. Ermənistana səfər edən nümayəndə heyətinin tərkibinə üç nəfər ermənipərəst Konqres üzvünün daxil edilməsi də bunun növbəti bariz təzahürüdür. Digər tərəfdən, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən öncə reallaşdırılan bu səfərin ABŞ-dakı erməni lobbisinin dəstəyini qazanmağa xidmət edən addımlardan biri kimi xanım spikerin şəxsi maraqlarına xidmət etdiyi də aydındır”, - deyə Milli Məclisin sədri bildirib.
Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının spikeri anlamalıdır ki, onun bu açıqlaması Ermənistanda revanşizm meyllərini gücləndirməklə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması səylərinə ciddi zərbə vurur.
“Təəssüf doğuran başqa bir məqam budur ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövr ərzində Nensi Pelosi kimi siyasətçilərin beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlarının heç vaxt şahidi olmadıq. Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasətinə, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, işğal altındakı ərazilərimizdə vandalizm aktlarının törədilməsinə, şəhər və kəndlərimizin dağıdılmasına baxmayaraq, onlar susmağa üstünlük verdilər və heç bir mövqe bildirmədilər. Belə olduğu təqdirdə, ABŞ Konqresi Nümayəndələr Palatasının spikerinin erməni təbliğatının təsiri altında verdiyi bu açıqlama sadəcə olaraq ikili standartların növbəti bariz nümunəsi kimi qiymətləndirilməlidir”, - deyə S.Qafarova hesab edir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət