2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 9 milyard 728,7 milyon manat dəyərində ($5,723 milyard) kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 4 milyard 424,5 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 304,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,1%, bitkiçilik məhsullarının istehsal həcmi 3,2% artıb.
10 ay ərzində respublikada 470,8 min ton ət (artım 2,9%), 1 milyon 837,6 min ton süd (artım 1,6%), 1 milyard 685,6 milyon ədəd yumurta (artım 6,7%), 15,6 min ton yun (azalma 2,2%) və 341,4 ton barama (azalma 31,4%) istehsal edilib.
DSK-nın məlumatına görə, hazırda ölkədə ASK məhsullarının yığımı başa çatır.
Yanvar-oktyabr aylarında kənd təsərrüfatı subyektləri tərəfindən 2 milyon 882,4 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (qarğıdalısız, azalma 6,2%), 1 milyon 31,1 min ton kartof (artım 2,4%), 1 milyon 729,3 min ton tərəvəz (artım 1,4%), 468,7 min ton bostan bitkiləri (artım 1,9%), 1 milyon 59 min ton meyvə və giləmeyvə (artım 3,5%), 204.7 min ton üzüm (artım 1,7%), 954,2 ton yaşıl çay yarpağı (azalma 15,5%), 28,5 min ton günəbaxan (artım 10,9%), 153,6 min ton şəkər çuğunduru (azalma 5,2%) və 3,7 min ton tütün (azalma 35,2%) yığılıb.
Bundan başqa, 30,4 min hektar qarğıdalı sahəsindən 232,7 min ton məhsul toplanıb.
Statistik məlumatlara əsasən, 2023-cü ilin məhsuluna müvafiq işlər çərçivəsində 941,8 min hektar sahədə torpaq sahələri şumlanıb. Həmçinin, 344,9 min hektar taxıl əkilib, bunun 190,7 min hektarı buğda, 154,1 min hektarı arpa, 0,1 min hektarı çovadrın payına düşüb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət