Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «AZ-LEAD LLC»-yə $4,2 milyon məbləğində kredit ayırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” bankın məlumatına istinadən bildirir kji, kredit üç elementdən ibarət olacaq: $1 milyon – şirkətin cari borcunun təkrar maliyyələşməsinə, $1,9 milyon – müəssisənin emal və enerji səmərəliliyinin artırılması üzrə güclərinin artımına, $1,3 milyon – akkumulyator qırıntılarının alışına.
Kreditin cəlb edilməsi hesabına AZ-LEAD LLC təkrar qurğuşun istehsalının gücünü cari 7,2 min tondan 17,3 min tona qədər artırmağı planlaşdırır.
Layihənin ümumi dəyəri - $4,4 milyon təşkil edir.
AZ-LEAD LLC Azərbaycanda xidmət müddəti keçmiş qurğuşun-turşu akkumulyatorlarının emalı yolu ilə təkrar rafinasiya olunmuş qurğuşun istehsalı ilə məşğul olur. Şirkət 2014-cü ildə yaradılıb, Sumqayıtda fəaliyyət göstərir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 184 layihənin maliyyələşdirilməsinə təqribən 3,8 milyard avro ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsi üçün 881 milyon avro ayrılıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət