2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 197 milyon 298 min ton yük daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 78,1% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,9% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, yanvar-noyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artıb.
Hesabat dövründə dəmir yolu ilə 17 milyon 47,6 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 25,8% çoxdur.
Dəniz nəqliyyatı ilə 6 milyon 965,9 min ton (artım 42,4%), avtomobil nəqliyyatı ilə 113 milyon 213,6 min ton (artım 12%), hava nəqliyyatı ilə 376 min ton (azalma 20,2%) müxtəlif yük daşınıb. Yanvar-noyabr aylarında daxili neft kəmərləri vasitəsilə 34 milyon 418,9 min ton neft (artım 7,4%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov
Babayev 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi məsələsi ilə bağlı konsensu barədə bəyan edib
Əliyev Keniya prezidentini milli bayram münasibətilə təbrik edib
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
İsrail özü Qəzzada əməliyyat müddətinə dair qərar qəbul edir, Vaşinqton heç nəyə çağırmır
Dövlət Departamenti İsrailə $106,5 milyonluq tank mərmilərinin göndərilməsini təsdiqləyib
Tokayev Qazaxıstan və Rusiyanın daim birlikdə işləyəcəyini bəyan edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək