2022-ci ilin yanvar-noyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 25,4% - 11 milyard 588,58 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda əhalinin bank əmanətləri 88,6 milyon manat (oktyabrda +274,3 milyon manat) artıb.
11 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 18,9% - 4 milyard 506 milyon manatadək və ya bütün əmanətlərin 38,9%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Noyabrda əhalinin xarici valyutada bank əmanətləri 64,7 milyon manat artıb (oktyabrda +39,3 milyon manat).
Yanvar-noyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 29,9% - 7 milyard 82,58 milyon manatadək (bütün əmanətlərin 61,1%-i) artıb. Noyabr ayında milli valyutada əmanətlərin həcmi 23,9 milyon manat artıb (oktyabrda +235 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 523,27 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 65,3 milyon manat təşkil edir. Yanvar-noyabr aylarında rezidentlərin əmanətlərinin həcmi 17,7%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,5 dəfə artıb. Noyabr ayında rezidentlərin əmanətlərinin həcmi 54,8 milyon manat (oktyabrda +197,1 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 33,8 milyon manat (oktyabrda +77,2 milyon manat) artıb.
2022-ci il noyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 35 milyard 484,16 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 22,2% çoxdur. Noyabrda banklarda əmanət və depozitlərin həcmi 677,9 milyon manat artıb (oktyabrda artım 849,3 milyon manat təşkil edib).*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət